Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarətdövriyyəsi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilineyni dövrü ilə müqayisədə 6,5 faiz azdır.
Trend xəbər verir ki, bu barədə məlumat Gürcüstan MilliStatistika Xidmətinin hesabatında yer alıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə ötən ilin yanvar-martaylarına nisbətən 5,3 faiz az - 3,4 milyard dollar dəyərində məhsulidxal olunub.
İxracın həcmi isə 9,3 faiz azalaraq 1,3 milyard dollar təşkiledib.
Beləliklə, Gürcüstanın xarici ticarət dövriyyəsində təxminən 2milyard dollar həcmində mənfi saldo yaranıb.