Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.
Yenisabah.az xəbər verir ki, son matç günündə 2 qarşılaşma keçirilib.
"Bavariya" Almaniyada "Arsenal"ı qəbul edib və matç meydan sahiblərinin minimal hesablı qələbəsilə başa çatıb - 1:0. İlk görüş 2:2 hesabı ilə heç-heçə bitdiyindən almanlar yarımfinala yüksəliblər.
"Mançester Siti" "Real" matçı isə olduqca drammatik alınıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda da tərəflər fərqlənə bilməyiblər. 11 metrlik zərbələr seriyasında isə "Real" futbolçuları daha dəqiq olublar - 4:3
Karlo Ançelottinin komandası yarımfinalda "Bavariya" ilə qarşılaşacaq.
Qeyd edək ki, PSJ və "Borussiya" (Dortmund) yarımfinala vəsiqə qazanıb.
17 aprel
23:00. "Mançester Siti" - "Real" - 1:1 (Penaltilər - 3:4 )
Qollar: De Brüyne, 76 - Rodriqo, 12
İlk oyun - 3:3
23:00. "Bavariya" - "Arsenal" - 1:0
Qol: Kimmix, 63
İlk oyun - 2:2