Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Slovakiya iki yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Komanda Avro-2024-dən əvvəl - iyunun 5-də Avstriyada San Marinonu ilə, iyunun 9-da isə öz meydanında Uelslə qarşılaşacaq.
Slovakiya Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə sentyabrın 8-də evdə, oktyabrın 14-də isə səfərdə üz-üzə gələcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.