EN

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir.

Bildirilir ki, 2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınan yeni sortların 88,1-93 % intervalında olan hissəsi xarici sortlar olub ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.

Azərbaycanda yerli toxum sortlarının yaradılması, xarici sortlardan asılılığı azaltmaq üçün nə etmək olar?

Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki,  Azərbaycanda kənd təsərrüfatı məhsullarının seleksiyası zəif formada gedir:
“Kənd təsərrüfatı ilə fundamental elmi qaydada məşğul olan dövlət qurumları var. Bu qurumlar bir tərəfdən yüksək məhsuldarlıqlı yerli sortların yetişdirilməsinə nail ola bilmir, digər tərəfdən isə az-çox yetişdirilmiş toxumları, yerli sortları hibridləşdirilmiş, məhsuldarlığı artırılmış sortları realizasiya edə bilmirlər”. 

Akif  Nəsirlinin sözlərinə görə,  Azərbaycanda seleksiya işlərinin təşkili kənd təsərrüfatı məhsullarının inkişafının genişləndirilməsinin ən vacib hissələrindən biridir:

“Azərbaycan fermeri yerli mütəxəssis və alimlərin yetişdiridiyi kənd təəsrrüfatı məhsulu sortlarına inanmır. Onlar xarici sort toxumlar alırlar.  Hər bir ölkənin istehsal etdiyi toxum isə ölkəsinə, havasına, şəraitinə, suyuna, torpağına uyğun hazırlanıb. 

Məsələn, biz Kanadadan taxıl toxumu idxal edirik. Orda bu toxumun məhsuldarlığı 70 sentner olursa, Azərbaycanda isə 25-30 sentner olur”. 

İqtisadçı bildirib ki, dövlət qurumları ilə bərabər seleksiya ilə məşğul olan özəl sektorun inkişafına xüsusi diqqət ayırılmalıdır:

“Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşdirilən bu işlə məşğul olan qurumların qarşısında tələb qoyulmalıdır. 

Çünki özünü maliyyələşdirəcək özəl sektorda bu işlə məşğul olmağa, yeni toxumlar yaratmağa daha çox maraq olacaq. Bundan isə həm fermer, həm özəl sektor, bu işlə məşğul olan alimlər qazanacaq. Bu işi qurmaq lazımdır. İlk mərhələdə isə dövlət dəstəyi lazımdır. Daha sonra dövriyyə yaranandan, kommersiya fəaliyyəti ritmə düşəndən sonra dövlət dəstəyinə ehtiyac olmayacaq.  Dövlət daha sonra bu şirkətlərdən vergi alaraq, qoyduğu investisiyasını geri götürəcək”. 

Davud
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
50
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23643
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13153
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10341
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5683
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5515
Helikopter qəzası ilə bağlı yeni xəbər
5380
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4261
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3756
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3749
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3666
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3457
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3428
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3053
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2749
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2747
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2520