EN

Qazaxda Aqrar Biznes Festivalı keçirilib - FOTOLAR

Qazax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Qazax Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin tabeli qurumları, bank və bank olmayan kredit təşkilatlarının əməkdaşları iştirak ediblər. Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Tədbirdə çıxış edənlər kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar.

Festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər.

Sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub.

Festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından fermerlər iştirak ediblər.

Festival çərçivəsində keçirilən kredit yarmarkasında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər təklif edilib. Fermerlərə aqrar təyinatlı kreditlər və müxtəlif kredit məhsulları barədə ətraflı məlumat verilib.

Fermerlərin maarifləndirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxs və Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi tərəfindən təlimlər keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən “Kartofun müasir üsullarla becərilməsi”, “Payızlıq taxıl əkiləcək sahələrin səpinə hazırlanması” mövzularında təqdimatlar olub, fermerlərin sualları cavablandırılıb.

Bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.

Qeyd edək ki, bu il 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması keçiriləcək. Müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının hazırlanması, “ağıllı həllər”, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etmək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
8
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18162
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11866
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5370
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5277
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4135
Rəisi öldü, Pakistanda matəm elan edildi
3730
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3291
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3228
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3033
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2786
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2593
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2272
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2025
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1920