EN

Kilian Mbappe Çempionlar Liqasında daha bir nailiyyətinə imza atdı

Çempionlar Liqası 1/4 finalında səfərdə “Barselona”ya qarşı cavab oyunu PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Fransa nəhənginin 4:1 hesabı ilə qələbə qazandığı bu oyunda Mbappe dübarə fərqlənib.

“Squwka” dərgisinin məlumatına görə, bu iki qol sayəsində Mbappe Çempionlar Liqasının ələmə mərhələləri çərçivəsində keçirdiyi 14-cü oyunda vurduğu qolların sayını 12-yə çatdırıb.

Fransalı ulduz hücumçu bu göstəricidə yalnız Çempionlar Liqasının ən sərrast futbolçusu, hazırda “Əl-Nəsr”də çıxış edən portuqal ulduz hücumçu Krsitiano Ronaldodan geri qalır. Ronaldonun Çempionlar Liqasının ələmə mərhələləri çərçivəsində meydana çıxdığı 39 oyunda 23 qolu var.

Xatırladaq ki, ümimi hesabda (6:4 – evdə: 2:3, səfərdə: 4:1) üstünlüyünü təmin etmiş PSJ Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 41 qol vurub, 9 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 302 oyun, 253 qol, 107 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24000
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13376
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10966
Helikopter qəzası ilə bağlı yeni xəbər
6777
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5730
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4909
Rəisi öldü, Pakistanda matəm elan edildi
4855
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3907
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3745
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3613
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3500
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3073
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2966
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543