EN

“4Sİ Akademiyası”nda ödənişsiz kurslar davam edir

Azərbaycanda daha 1000 nəfər ABŞ-nin “Coursera” platformasında ödənişsiz əsaslarla 6 həftəlik təhsil proqramlarına başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, bu imkan 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən "4Sİ Akademiyası" layihəsi çərçivəsində reallaşdırılır.

Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqların artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. 100 milyondan çox insanın təhsil aldığı "Coursera" onlayn təhsil platformasında 280-ə yaxın universitet və qabaqcıl şirkətlərin süni zəka, böyük verilənlər (Big Data), data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 10 minə yaxın kursu tədris olunur. “4Sİ Akademiyası” çərçivəsində platformada Yel, Dyuk, Miçiqan, İllinoys, Virciniya kimi 40-a qədər nüfuzlu universitetin, həmçinin, “Google”, “IBM”, “Microsoft”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin ümumilikdə 800-ə yaxın kursu vətəndaşlarımıza ödənişsiz təqdim edilir.

Təlimləri uğurla bitirənlərə sertifikat, “4Sİ Akademiyası” tərəfindən tövsiyə olunan ən azı 2 və ya 3 kursu keçən istifadəçilərə isə rəqəmsal nişanlar (digital badge) verilir. 15 sentyabr 2023-cü il tarixində start verilmiş 1 illik pilot layihəyə qeydiyyat tamamlanıb və qeydiyyatdan keçmiş 10 min nəfər növbəli şəkildə “Coursera” onlayn təhsil platformasından yararlanacaq. Bu günə kimi platformadan 6000 nəfər faydalanıb, onlardan 2000 nəfəri sertifikat əldə edib. Layihənin davamı ilə bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14464
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11502
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5259
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3165
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3161
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2942
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2679
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2363
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2240
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2149
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2028
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836