EN

Paris Bakıdakı səfiri niyə geri çağırdı? - TƏHLİL

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa Xarici İşlər Nazirliyi səfirin geri çağırılması barədə təfərrüat açıqlamasa da, Parisin bu qərarının arxasında Azərbaycana qarşı siyasi xəttin dayandığı görünür.

Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan bəri Fransa regional siyasətini xeyli radikallaşdırıb.

Parisin üzündən süni diplomatik təbəssümlər belə, yoxa çıxıb və Azərbaycana qarşı bəyanatlar adi ənənəyə çevrilib.

Yəni Azərbaycan-Fransa münasibətlərinin pozulmasına yönəlmiş bütün addımların müəllifi Parisdir. Yelisey sarayında tərtib edilən planlar üçmərhələli ssenari kimi qavranıla bilər.

Birinci səhnədə Paris Ermənistana Azərbaycana qarşı revanşa hazırlıq məşqləri keçir və regional təhlükəsizlik laylarını yerindən tərpətmək istəyir.

İkinci səhnədə Fransa daha genişmiqyaslı ssenarini nümayiş etdirməyi hədəfləyir: Fransa regionda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini sarsıtmaq üçün gah rəqabətdə olduğu Rusiya və İranla sövdələşməyə can atır, bu alınmayanda isə onlara qarşı əzələlərini gərir.

Üçüncü - Parisin arzuladığı final səhnədir: Paris nəticədə Cənubi Qafqazda təkbaşına ambisiyalı geosiyasi güc olmağı təmin etməyi arzulayır.

Bunların fonunda Fransanın Bakıdakı səfirini geri çağırması onun planlarını həyata keçirə bilməməsi ilə əlaqədardır.

Belə ki, regionda Fransa:

- BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbuluna nail ola bilmədi,

- Regionda agentura şəbəkəsinin ifşa dalğası ilə üzləşdi;

- Ambisiyaları üçün Azərbaycanla əməkdaşlığa önəm verən NATO-dan dəstək ala bilmədi;

- Keçən müddət ərzində Ermənistanı əhəmiyyətli dərəcədə silahlandıra bilmədi və İrəvan postmüharibə reallıqlarında Bakının qarşısında getdikcə aciz duruma düşdü.

Bunlardan sonra Fransa səfirinin geri çağırılması Parisin aləmində guya diplomatik qisasdır. Lakin mümkündür ki, Paris burada başqa məqsədləri güdsün.

Belə ki, Paris kəşfiyyat teatrındakı ifşadan sonra “günah keçisi” axtarır və üzərinə məsuliyyət yıxılacaq ən yumşaq divar səfirdir.

Bu baxımdan səfirin Fransa hökumətinin kuluarlarında danlaqlara məruz qalacağı istisna oluna bilməz.

Həmçinin, Paris ambisiyaları üçün imicini diplomatik masada gücləndirməyi prioritetləşdirir.

Hər bir vəziyyətdə, Parisin səfiri geri çağırması onun perspektiv üçün saf niyyətdə olmadığını göstərir.

Əgər belədirsə və Paris birtərəfli şəkildə Azərbaycanla münasibətləri pozmağa davam edəcəksə, onda Bakı da mütənasib qərarlar qəbul etmək zərurətini hiss edəcək.

Diplomatik müstəvidə adekvat cavab tədbiri mümkündür ki, Bakının masası üzərindədir. Bu, Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını əhatə edə biləcək qərar ola bilər.

Aqşin Kərimov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
50
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20133
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12023
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5491
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5396
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5328
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3795
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3374
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3249
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3084
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2743
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2674
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2288
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2031
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1952