EN

İranda zəlzələ olub

İranın Sistan və Bəlucistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ötən gecə ard-arda iki zəlzələ baş verib.

Bu barədə sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.

“İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə saat 00:29-da, ikinci zəlzələ isə 3,7 bal gücündə və saat 01:50-də qeydə alınıb”, - deyə o qeyd edib.

Məcid Mohebbinin sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və ölüm halları olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Sources