EN

"Düşünürdülər ki, Azərbaycanı “ruspərəst” göstərsələr, Qərb buna görə onlara dəstək, hakimiyyətə köstək olacaq"

"Xoş və şad xəbərlər var – “rusməramlılar” yavaş-yavaş məmləkətimizi tərk etməyə başlayıb, doğrudur, hələ rəsmi məlumat yoxdur, amma görünən odur ki, proses başlayıb".


Pravda.az xəbər verir ki, bunu REAL partiyasının funksioneri Natiq Cəfərli deyib.


N.Cəfərli bildirib ki, 44 günlük Vətən savaşından sonra bəlli bir marginal qrup var idi, aylarla hamımızın ürəyimizi bulandırdılar, “hanı Xankəndi, Xocalı, Xocavənd”, bağıraraq, güya, siyasi mübarizə aparmağa çalışdılar: "2023-cü ildə Azərbaycan ordusu 24 saata bu məsələni, özü də Rusiya “silhməramlılarını” tapdalayaraq, vurub-keçərək həll etdi, həmin marginal qrup, utanmadı, çıxıb, heç olmasa üzr belə istəmədi. Sonra eyni qrupun nümayəndələri məntiqə, ağla, həta real informasiyaya zidd olaraq iddia etməyə başladılar ki, bizə bütün qələbələri Rusiya “bağışladı”, ruslar heç vaxt Qarabağdan çıxmayacaqlar, hətta orda böyük hərbi baza yaradacaqlar və s. – bu tipli mənasız “tezislərlə” ortalığa atıldılar. Öz kiçicik beyinciklərində düşünürdülər ki, Azərbaycanı “ruspərəst” göstərsələr Qərb buna görə onlara dəstək, hakimiyyətə köstək olacaq – bu qədər savadsız və mənasız yanaşma ilə ürək bulandırırdılar. Biz hər dəfə fakt və məntiqi analizə, “Azərbaycanın yeganə müttəfiqi qardaş ölkə, NATO üzvü olan Türkiyədir, ölkənin hərbi-təhlükəsizlik, xarici siyasət məsələləri tam koordinasiya olunur, rəsmi Bakı Kremlin bütün maneələrinə rəğmən Xankəndi və ətrafını nəzarətə götürüb ərazi bütövlüyümüzü bərpa etdi, suverenliyimiz bərqərar oldu”, deyəndə, bizə qarşı qara PR aparırdılar".


"Onsuz da o kiçicik qrup siyasətin arxivinə gedib-gedir, sadəcə məni narahat edən odur ki, onların mənasız “analizlərinə” inanan az saylı səmimi insanlar da var və bir də siyasi səhnəni bəsitləşdirirlər, ciddi diskursa nə ağılları, nə də bilikləri çatmır deyə daim diskussiyanı sadə və içiboş tezislər, bəlli mənasız əzbərlərin içinə çəkirlər. Biz çalışırıq ki, siyasi diskursu yaxşı mənada qəlizləşdirək, hökumət bu zaman dolaşır, sinifdə qalır, əksinə, bəlli bəsit əzbərlər üzərindən siyasi diskussiya gedəndə hökumət özünü daha rahat hiss edib üstünlük qazanır. Ona görə də, ya bilərəkdən, ya da savadsızlıqdan bu adamlar daim hökumətin əlinə oynayırlar..." - N.Cəfərli əlavə edib. 

Tarix: 17 Aprel 2024, 12:20   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
3
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14526
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11506
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5262
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3626
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3166
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3163
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2683
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2153
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2035
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836