Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir.
BiG.AZ yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:
Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşnası nəticəsində vəfat edib.
Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və "SOY" prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasına düşüb.
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq, xəstəxanada dünyasını dəyişib.
"Yeni Ulduz - 2" musiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.
Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.
AYSEL ƏKBƏR
BiG.Az