EN

İranda ard-arda zəlzələlər oldu 

Vətəninfo.az  “Mehr News” agentliyinə istinadən xəbər verir ki, ötən gecə Sistan və Bəluçistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ard-arda iki zəlzələ baş verib.
Məlumata görə, sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi deyib:
“İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə 00:29 radələrində, ikinci zəlzələ isə 3,7 bal gücündə və 01:50-də qeydə alınıb”.
Onun sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və insan itkisi olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
9
veteninfo.az

10Sources