EN

Gədəbəydə qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Chosen
20
8
Sources
Comment ()
Close