AZ

Göygol və Gədəbəydə qanunsuz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu çərçivədə, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşlar tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
 
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
30
moderator.az

10Mənbələr