Türkiyədə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 5 nəfər tutulub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda iştirak etdiyi iddia edilən 7 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Konya mərkəzli Aksaray, Kahramanmaraş, Hatay və İzmirdə eyni vaxtda keçirilən əməliyyatda şübhəlilərdən 5-i saxlanılıb.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə