Türkiyənin “Beşiktaş” klubu ciddi itkilərlə üzləşib.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin iki futbolçusu zədəlidir.
Qapıçı Mert Günokla hücumçu Semih Kılıçsoyun əzələ zədəsi var. Hər iki oyunçu Super Liqanın 33-cü turunun “Ankaragücü” ilə matçında iştirak etməyəcək.
Qeyd edək ki, “Ankaragücü” – “Beşiktaş” qarşılaşması 19 aprel tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.