EN

Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ

Düşmənin ölkəyə hücum etdiyi bütün 9 İran istehsallı "Şahed" dronlarını Ukrayna Hərbi Hava Qüvvələrinin və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qruplarını məhv edib.
 
Moderator.az “Ukrainskaya prdavda”ya istinadla xəbər verir ki, bu haqda  telegram-kanalda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
 
Məlumatda bildirilir ki, aprelin 15-dən 16-na keçən gecə Rusiya ordusu Krım yarımadasındakı Çauda burnundan "Şahed" tipli 9 PUA ilə hücuma keçib.
 
Pilotsuz uçaqlar Ukraynanın Xerson, Nikolayev, Xmelnitski, Poltava, Çerkassı və Dnepropetrovsk vilayətləri daxilində məhv edilib.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
50
moderator.az

10Sources