EN

Xabi Alonso: "Çempionluğu divanda yox, meydana qeyd etmək istəyirəm"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının bu həftə Bundesliqada çempionluğu rəsmiləşdirmək şansı haqqında danışıb.

QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi sabah "Verder"i məğlub edərsə, ölkə çempionu olacaq.  Lakin "Bayer"in çempionluğu bu gün də rəsmiləşə bilər. Belə ki, bu gün "Bavariya" "Köln"ə məğlub olarsa, Lverkuzen təmsilçisinin çempionluğu rəsmiləşəcək.

Xabi Alonso isə çempionluğu meydanda, öz oyunlarında qazanmaq istədiklərini deyib: “Şənbə günü divanda oturaraq çempion olsaq, bu, böyük sürpriz olacaq. Düzünü desəm, bazar günü meydanda olarkən qələbəni qeyd etmək istərdim"

Qeyd edək ki, hazırda "Bayer" turnir cədvəlində 76 xalla liderdir. Komanda 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayır.

Chosen
209
1
1

1Sources

Comment ()
Close