AZ

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək - Paşinyan

Bakı. Trend:

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiyaolunmuş ərazilərə yerləşdiriləcək.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri NikolPaşinyan bildirib.

"Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdəsərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyitəmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyininpostları olmayacaq", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatlarındəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələriəsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
3
Mənbələr
Şərh ()
Bağla