EN

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın Miyazaki vilayətinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar Kyuşu adasında hiss olunub. Zəlzələnin episentri 40 kilometr dərinlikdə yerləşib.

Bu, yerli vaxtla təxminən 10:25-də baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Bölgədə sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
50
baku.ws

10Sources