AZ

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın Miyazaki vilayətinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar Kyuşu adasında hiss olunub. Zəlzələnin episentri 40 kilometr dərinlikdə yerləşib.

Bu, yerli vaxtla təxminən 10:25-də baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Bölgədə sunami təhlükəsi elan olunmayıb.
Seçilən
133
50
Mənbələr
Şərh ()
Bağla