EN

“Tour de France”ın ikiqat qalibi ağır qəza keçirdi

"Tour de France”ın ikiqat qalibi Yonas Vinqeqaard yarış zamanı qəza keçirib.

Qaynarinfo-nun məlumatına görə, o, qəzada körpücük sümüyü və bir neçə qabırğasını sındırıb. Danimarkalı velosipedçi bu halla İspaniyada "Bask Ölkəsi Turu”nun dördüncü mərhələsində finişə təxminən 21 mil qalmış yaranan zəncirvari qəza zamanı üzləşib. O, ağır qəzadan sonra xəstəxanaya aparılıb. 

Qəzada şosse yarışı və vaxta sınaq üzrə dünya çempionu belçikalı Remko Evenepol və Tokio Olimpiya çempionu sloveniyalı Primoz Roqliç də olub. Vinqeqaard kimi onlar da turdan çəkildilər. Evenepol sağ körpücük sümüyünü və kürəyinin bir hissəsini sındırıb.

Roqliçin komandası isə onun heç bir sınığının olmadığını bildirib. O, maşına minib uzaqlaşarkən yayım kamerasına baş barmağını göstərib.

Səbuhi Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
2
Sources
Comment ()
Close