EN

Xankəndiyə prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edilib ki, Qubadlı rayonunda anadan olan Rəşadət Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
196
49
azpost.info

10Sources