EN

Türkiyəli siyasətçi: “Seçkidən sonra bir çox partiyalarda yeni istefalar və qurultay qaçılmazdır”

“Seçkilərdən sonra bir çox partiyalar üçün üfüqdə yeni istefalar və qurultay prosesləri görünür”.Bunu “Report”a açıqlamasında Türkiyənin Yenidən Rifah Partiyası xarici əlaqələr şöbəsinin rəhbəri Vefa Aktuz deyib.Onun sözlərinə görə, Türkiyədə martın 31-də keçirilmiş yerli seçkinin nəticələri qeyri-rəsmi olsa da, artıq bəllidir:“Bu seçki Türkiyənin demokratiyaya olan inamını qoruduğunu və son dərəcə demokratik proses həyata keçirdiyini göstərdi. Sözügedən seçkidə heç bir ciddi narazılığın yaşanmaması ən sevindirici haldır. Seçkinin nəticələrinə nəzər saldıqda görürük ki, seçicilər əsasən beynəlxalq arenadakı uğurları və müdafiə sənayesindəki inkişafı deyil, iqtisadi şərtləri əsas götürüblər. Müxalifət böyük ehtimalla bu seçkidə qazandığı uğuru növbəti parlament seçkisinə daşımağa çalışacaq. Prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan bu nəticələri müzakirə edərək dəyərləndirəcək, zəruri araşdırmalar apararaq uyğun tədbirlər görəcək. Yerli seçkinin nəticələri ilə bağlı daha aydın qiymətləndirmə aparmaq üçün rəsmi nəticələrin açıqlanmasını və dəqiq rəqəmlərin ortaya çıxmasını gözləmək lazımdır”.Partiya rəsmisi bildirib ki, Yenidən Rifah Partiyasının seçkilərdə əldə etdiyi nəticələrə diqqət yetirmək lazımdır:“Partiyanın 2023-cü il 14 may seçkiləri ilə müqayisədə səslərini müəyyən qədər artırdığını görürük. Bu nəticələrə əsasən deyə bilərik ki, bir böyük şəhər, bir vilayət, 43 rayon və 24 qəsəbə üzrə seçkilərdə Yenidən Rifah Partiyasının namizədləri qalib gəlib. Bu, əlbəttə, çox qürurvericidir”.“Seçki Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) arasında əməkdaşlıq olduğunu bir daha təsdiqlədi. DEM Partiya ilə CHP-nin bu əməkdaşlığı onu göstərir ki, birincilər yerli idarəetmə orqanlarında öz qruplarını yarada bilərlər. Bu vəziyyət gələcəkdə yeni böhranların yaranması ehtimalından xəbər verir”, - deyə o bildirib.V.Aktuz vurğulayıb ki, İYİ Partiya da bu seçkilərdə son parlament seçkilərində qazandığı səs həddinə yaxınlaşa bilməyib:“Belə bir uğursuzluqdan sonra İYİ Partiyanın bütövlüyünü qoruyub saxlaya biləcəyi də sual altındadır. İYİ Partiya başda olmaqla, seçkidən əvvəl əldə etdikləri nəticələrə əsasən mövcudluğunu qoruyub saxlamaq imkanları müzakirə edilən bir çox partiyalar üçün üfüqdə yeni istefaların və qurultayın qaçılmaz olduğu görünür. Bu vəziyyətdə İYİ Partiyanın ürəkaçan nəticəyə doğru getdiyini söyləmək çox çətindir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
178
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23507
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
19752
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16833
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14601
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11473
Helikopterin qalıqları tapılıb
10137
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7366
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5569
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5393
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4216
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4213
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3692
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2957
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2895
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2190
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2042
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1875