Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Səadət Soltanovadır.
Â
O, 1979-cu ildə Zəngilan rayonunda anadan olub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2003-2004-cü illərdə Bakı şəhər 3 nömrəli Sabunçu Xəstəxanasında internatura keçib.
Â
Səadət Soltanova 2004-cü ildə Sumqayıt şəhər 4 nömrəli Uşaq poliklinikasında həkim-pediatr kimi fəaliyyətə başlayıb. 2021-ci ildən 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-pediatr olaraq fəaliyyətini davam etdirir.
Â
Həkim 2020-2022-ci illərdə Sumqayıt Modul Tipli Xəstəxanada COVİD-19-a yoluxan xəstələrin müalicəsində aktiv iştirak edib.
Â
Bir çox yerli və beynəlxalq təlim, seminar və konfranslarda iştirak edib, sertifikatlar alıb.