EN

Səhər yorğun oyanırsınızsa, sizdə BU VİTAMİNİN defisiti var

D vitamini immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitaminlərdən biridir. Məhz bu vitamin orqanizmə qış infeksiyaları ilə mübarizə etməyə yardım edir.
 
D vitamini gün şüaları altında orqanizmdə sintez olunur. Qışda bu vitaminin orqanizmdə sintezi təbii olaraq azalır.  
 
Rusiya KİV-lərinə istinadla bildirir ki, ekspertlərin sözlərinə görə, D vitamininin orqanizmdə defisitinin ilk simptomlarından biri səhər oyananda güclü yorğunluq və zəiflik hissidir.  
 
Bundan əlavə D vitamininin defisiti bu kimi simptomlara özünü büruzə verir:
 
- başın tərləməsi
 
- əzələ zəifliyi
 
- oynaqlar və beldə ağrılar
 
- çəkinin səbəbsiz artması.
 
D vitamininin qışda səviyyəsini artırmaq üçün nə etmək lazımdır? Ekspertlər qidalanmada balıq, yumurta, qırmızı ət, göbələk kimi qidaları artırmağı tövsiyə edirlər.
 
Bəzən həkimlər D vitaminini preparatlar şəklində təyin edirlər. Ekspertlər xəbərdarlıq edirlər ki, həkimlə məsləhətləşmədən bu vitamini qəti şəkildə qəbul etmək olmaz.  
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
moderator.az

1Sources