Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.
Q.Məmmədovanın 2022-2023-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir.
Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb.
Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.