EN

Yanğın olan evdən meyit tapıldı

Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb.

Axar.az xəbər verir ki, ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Meyitin 1951-ci il təvəllüdlü Tilayi Nasir Yadulla oğlu olduğu müəyyənləşib. Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
50
axar.az

10Sources