EN

Makron Parisin yoxsullarından və miqrantlardan qisas alır…

Image

Mübariz Göyüşlü: “Makronun yoxsullara və miqrantlara qarşı həyata keçirdiyi bu siyasət əslində diskriminasiya xarakteri daşıyır”

Emmanuel Makron Fransa prezidenti olalı bu ölkədə yoxsullaşma pik həddə çatdı, fransızlar arasında kasıblar daha çoxluq təşkil etməyə başladı. Makron təkcə əhalini yoxsullaşdırmadı, həm də bu ölkəyə pənah gətirən miqrantlara yönəlik sərt addımlar atdı.

Son zamanlar Makron kasıbların və miqrantların paytaxtdan kənara köçürülməsi planını işə salıb. O, Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində Parisi yoxsullardan və miqrabntlardan kütləvi olaraq təmizləməyi hədəfə alıb.

Belə ki, Avropanın media orqanlarının və bəzi rəsmi dairələrin "sosial əməliyyat" adı verdikləri bu tədbirlər əsasən yöndəmsiz evlərdə yaşayan yoxsulların, miqrantların şəhər ətrafına köçürülməsindən ibarətdir. Əsasən qaradərili miqrantlar bu əməliyyatın hədəfləri olur. Rəsmi Paris bu köçürmələrin olimpiya oyunları ilə bağlı olmadığını desə də, miqrantlar və QHT- lər buna inanmır. QHT fəalları Makron hakimiyyətinin "sosial təmizləmə" siyasətini antibəşəri, antihumanist siyasət hesab edirlər. Zorla köçürülən miqrantlar hökuməti açıq ittiham edir, deyirlər ki, "onlar bizim ağır yaşayış şəraitimizi dünya üçün görünməz etmək istəyirlər". Makron şəhəri “varlılar” məskəni kimi göstərmək üçün bu cür mənfur planı işə salıb. Təbii, etirazlar var, amma Makron üçün bu etirazlar, insan hüquqları məsələsi əhəmiyyət daşımır, təki onları köçürmək hesabına “kasıblarsız Paris” təqdim edə bilsin. 

“Fransa prezidenti bu qeyri-insani davranışları ilə özünün əsl simasını bütün dünyada ifşa edir” 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, burada qeyri-adi heç nə yoxdur, çünki Makron hər zaman qeyri-humanist, qeyri-insani  davranışları ilə tanınıb. “Makron, onun kabineti, onun hakimiyyətində təmsil olunanlar guya dünyanın problemləri ilə məşğul olduqlarını göstərməyə çalışırlar. Amma yeri gəldi-gəlmədi, dünyada gedən bu və digər proseslərə müdaxilə edirlər. Bu da ziyanlı nəticələrə səbəb olur. Bundansa, onlar öz ölkələrindəki problemlərə köklənsinlər. Bu gün Parisdə ciddi sosial problemlər var. Bu gün orada həm sosial, həm milli məsələlərdə gərginlik müşahidə olunur. Onlar insanların problemlərini həll etmək əvəzinə insan hüquqlarına zidd addımlar atırlar. Makronun yoxsullara və miqrantlara qarşı həyata keçirdiyi bu siyasət əslində diskriminasiya xarakteri daşıyır” - deyə bildirən M.Göyüşlü qeyd etdi ki, bundan əvvəl də Fransada əlzəzairli gəncin öldürülməsinə etiraz olaraq nümayişlər keçirildi, bundan başqa orada tələbə hərəkatı, başqa aksiyalar keçirildi, “sarı jiletlilər” üsyanı baş verib. “Son zamanlar faktiki olaraq fermerlərin üsyanını müşahidə etmişik. Pensiyaçılarla bağlı rəsmi Parisin verdiyi qərara qarşı etirazlar baş verdi. Makron hökuməti bu probelmləri həll etmək əvəzinə indi də miqrantları və kasıbları Parisdən köçürür. Əlbəttə, bunlar ciddi sosial partlayışa, milli, dini münaqişələrin yaranmasına gətirib çıxarır. Fransa prezidenetinin olimpiya oyunları ərəfəsində miqrantlara və kasıblara bu cür qeyri-insani münasibət göstərməsi etiraz doğurur. Çünki bu, insan haqlarının pozulması deməkdir. Fransa prezidenti bu qeyri-insani davranışları ilə özünün əsl simasını bütün dünyada ifşa edir” - deyə M.Göyüşlü əlavə etdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
22
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12955
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10081
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8867
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2712
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2300
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2099
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1969
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1777
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1394
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1370
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
917
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
593
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
579
Arda Gülər dayanmır, yenə fərqləndi -
546
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
483
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
452
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
444