EN

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Moderator.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sun City” Müalicə Mərkəzində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

 

Tədbirdə ŞİH-nin başçısı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəhbəri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan bölməsinin Qazısı Hacı Anar Orucov, Seyid Yusif Ağa ocağının davamçısı Hacı Seyid Səbuhi Yusifov, Naftalan Şəhər Cümə Məscidinin İmamı, Şəhər Məscidinin icma sədri Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, müharibə əlilləri, həmçinin yerli və xarici qonaqlar iştirak ediblər.

 

Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

ŞİH-nin başçısı qonaqları salamladıqdan sonra ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.

 

Digər natiqlər, Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər.

 

İftar süfrəsi Müqəddəs Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib.

 

Şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

 

Chosen
13
50
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3582
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3492
Bu yol qovşağında təmir işləri aparılacaq
2969
Bakıda hoteldə yanğın başlayıb
2564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1594
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1537
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1359
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1178
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1177
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1173
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1003
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
993
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
881
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
864
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
861
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
833
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
812
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
793
Sabah 5 kəndin qazı kəsiləcək
754