EN

YAP-ın Yasamal rayon təşkilatı Soyqırım Gününə həsr edilmiş tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş  “İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksi ziyarət olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Sonra soyqırımı qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov 31 mart soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb.

N.Məmmədov bildirib ki, soyqırımına siyasi və hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müvafiq Fərmanı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub.

Chosen
134
50
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4282
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3800
Bu yol qovşağında təmir işləri aparılacaq
3329
Bakıda hoteldə yanğın başlayıb
2849
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1971
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1794
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1624
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1572
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1395
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1376
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1285
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1276
Azərbaycan nefti ucuzlaşıb
1224
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1074
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1055
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1052
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1040
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
999
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
918