EN

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı.

Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən altı ay öncə - 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, dörd damarı dəyişdirilmişdi.

Mərhumla dostluq edən “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

“Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stent qoyulmuş, sonra da açıq əməliyyat edilmişdi. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oynayan zaman - stadionda ürək çatışmazlığından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı”.

Anar Natiqoğlu bildirib ki, hazırda mərhumun cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır:

“Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olurlar. Yəqin ki, yaxın iki gün ərzində onun cənazəsi Bakıya göndəriləcək”.

Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atası olub. Onun ailəsi Bakıda yaşayır.

1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olub. O, “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışıb.

Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb, “Amerikanın səsi” radiosu ilə əməkdaşlıq edib.

Chosen
62
7
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3853
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3608
Bu yol qovşağında təmir işləri aparılacaq
3099
Bakıda hoteldə yanğın başlayıb
2699
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1802
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1658
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1545
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1454
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1387
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1252
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1246
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1156
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1104
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
951
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
948
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
910
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
907
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
870
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
837
Sabah 5 kəndin qazı kəsiləcək
778