EN

"Taksi sürücüsü evinə çörək aparmasın!" - Ulucay Akif

Kulis.az Ulucay Akifin "Taksi sürücüsü evinə çörək aparmasın!" adlı yeni yazısını təqdim edir.

Taksilərlə bağlı yeni qərar qəbul olunub. Qərarın məğzi odur ki, köhnə maşınlara taksi fəaliyyəti göstərmək qadağan ediləcək və ən əsası, hamı taksi fəaliyyəti göstərə bilməyəcək.

Nə gözəl!

Amma baxıram, bu qərara etiraz edənlər də çoxdur: "Bəs camaat evinə necə çörək aparacaq?!"

Məncə, Azərbaycan xalqının bədbəxtliyi məhz buradan, bu cümlədən başlayır: “Camaat evinə çörək aparmasın?!”

Xoşlayırıq da duyğu istismarını... Çörək, namus, qeyrət, vətən mövzularıyla kövrəltməyi...

Və beləcə, zibilimizi palazımızın altına süpürə-süpürə tozlanırıq.

İndiyə kimi taksi sürücülərinin əlindən dad eləyirdiniz: “Patı çəkənlərin hamısı taksi sürür”, “Qəpiyimizi qaytarmırlar, qəpik götürmürlər”, “Söz atırlar, tərbiyəsizlik edirlər”, “Kartla sifariş verəndə gəlmirlər”.

İndi bu adamların evinə çörək apara bilməməyini dərd edirsiniz?

Çörəyi evlərinə belə aparacaqlarsa, aparmasınlar.

İşini layiqincə görən adamlar, işinin haqqını verənlər evinə çörək aparmalıdır.

Bir-iki il qabaq Təhsil Nazirliyi müəllimlərin imtahanını keçirdi. Camaat buna da etiraz elədi.

Başladılar ki, “Müəllimləri niyə imtahan edirsiniz? Niyə onların imtahan nəticələrini açıqlayıb, alçaldırsınız?”.

Həqiqətən, deməyə söz tapmıram.

Ay müsəlman, sənə görə eləyirlər də. Müəllimləri imtahan eləyirlər, yüksək bal toplayanların maaşı artırılır, imtahandan keçməyənlərə isə “qapı göstərilir”.

Sən istəyirsən ki, uşağına savadsız “müəllimlər” dərs desin?

Ümumiyyətlə, sənin problemin nədir?

Niyə ölkədə nələrinsə düzəlməsini istəmirsən?

“Səhv” sözünü düzgün yazmağı bacarmayan müəllimlərin övladına dərs deməyini istəyirsən?

İstəyirsən, “patı” çəkənlər günlük 20 manata maşın götürüb sürücü işləsin?

“Evlərinə necə çörək aparacaqlar?!”

Aparmasınlar!

Bütün sahələri bu təfəkkürlə məhv eləmişik.

“Yazıqdı, evinə bir tikə çörək aparsın”

Sual verməyi, cümlə qurmağı, dilin normalarını bilməyən adamlar evinə çörək aparsın deyə jurnalist kimi işləməyinə göz yumuruq.

Savadsız “müəllim” evinə çörək aparsın deyə işləməyinə göz yumuruq.

Müştəri ilə necə davranmalı olduğunu bilməyən ofisiantlar evinə çörək apara bilsin deyə işləməyinə göz yumuruq.

Nə vaxta kimi bütün məsələlərə belə yanaşacağıq?

Hara kimi belə gedəcək?

Belə adamlar evlərinə çörək apara bilməməlidirlər ki, düzəlsinlər.

Yoxsa düzəlməyəcəklər.

Sərt olmaq lazımdır.

Almanları, yaponları, nizam-intizamlı və qəddar olmağı bacaran (ən əsası özünə qarşı və öz yaxşılığı üçün) xalqları nümunə götürmək lazımdır.

Yoxsa düzəlməyəcəyik.

Aparmasın, qardaş.

Bu cür adamlar evinə çörək aparmasın.

Elə aparacaqsa, aparmasın.

Layiq olan aparsın.

Hamı gördüyü işin haqqını versin.

Bu, nə vicdan, nə də məsuliyyət məsələsidir.

"Yaxşı insan", "pis insan" məsələsi də deyil.

Bu, dövrün tələbidir.

Kapitalizm, neo-kapitalizm, post-kapitalizm, post-industrializm... Adı hər nədirsə, bu dövrün tələbidir.

İşini bilən, işinin haqqını verən adamlar evlərinə çörək aparacaqlar artıq.

Zəif, ağılsız, savadsız, fərəsətsiz, mədəniyyətsiz adamlar evinə çörək apara bilməyəcəklər.

Mənə əsəbiləşməyin. Bunu mən təşkil eləməmişəm.

Sizə reallığı deyirəm.

Təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir və daha da sərtləşəcək qaydalar, daha da qəddarlaşacaq dünya.

Güclü olmayanlar məhvə məhkumdur.

Chosen
105
Sources
Comment ()
Close

Rating

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3413
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3330
Bu yol qovşağında təmir işləri aparılacaq
2805
Bakıda hoteldə yanğın başlayıb
2430
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1451
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1451
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1450
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1297
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1106
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1105
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
965
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
923
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
884
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
814
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
779
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
770
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
769
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
750
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
744
Sabah 5 kəndin qazı kəsiləcək
712