Ana, 8 yaşlı uşağı və sevgilisi birlikdə yük maşını OĞURLADILAR -VİDEO
Adanada iki sevgilinin yük maşını oğurladığı anlar insanı şoka salıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Adanada qadın 8 yaşlı uşağı və sevgilisi ilə park edilmiş yük maşını oğurlayıb.
Qısa müddət ərzində qadın və sevgilisi polis tərəfindən saxlanılıb. Polisdə ifadə verən sevgililər günahı bir-birilərinin üzərinə atmağa çalışıb.
Onlar məhkəmə qərarı ilə həbs edilib.