EN

“Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq - Yunis Hüseynov

“Qarabağ” bundan sonra bütün oyunlarda uduzsa belə, mövsümün sonunda çempion olacaq. Çünki ən yaxın izləyicilərinin qalan matçların hamısında qələbə qazanacağı inandırıcı deyil. Ümumiyyətlə, hazırda Ağdam təmsilçisi ilə qızıl medallar uğrunda başabaş mübarizə apara biləcək kollektiv yoxdur”.

Bu sözləri veteran futbolçu Yunis Hüseynov Azərbaycan Premyer Liqasında bu gün start götürəcək IV dövrənin oyunlarını şərh edərkən deyib.

Azərbaycan millisinin sabiq hücumçusu avrokuboklar uğrunda mübarizənin 3 komanda arasında gedəcəyini bildirib: “Neftçi”, “Sabah” və “Zirə” arasında gərgin mübarizəyə şahidlik edəcəyik. Digər rəqiblərin şansı olsa da, real namizədlər adlarını qeyd etdiyim komandalardır. Həm heyətlərindəki oyunçuların keyfiyyəti, həm də büdcə baxımından bu kollektivlər daha üstündür”.

59 yaşlı mütəxəssis “Qəbələ”nin Premyer Liqanı tərk etməyə əsas namizəd olduğunu söyləyib: “Əvvəl demişdim ki, “Kəpəz”in elitada qalmayacağı real görünür. Lakin Adil Şükürovun gəlişindən sonra komandanın oyun üslubunda böyük dəyişiklik olub. Əgər Gəncə təmsilçisi matçların doğma meydanda keçirsəydi, daha böyük nəticələr əldə edə bilərdi. Çünki azarkeşlərin dəstəyi futbolçulara böyük stimul verir. “Qəbələ”yə gəlincə, təəssüf ki, istədikləri oyunu nümayiş etdirə bilmirlər. Turnir cədvəlinə nəzər yetirsək, son pillələrdə dörd bölgə klubunun olduğunu görürük. Bu da üzücü məqamdır. Ümid edirəm ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv də mövsümün sonunda Premyer Liqada qalacaq və növbəti il 12 komandalı çempionat izləyəcəyik”.

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla “Qarabağ” başçılıq edir. Ağdam təmsilçisi ən yaxın izləyiciləri olan “Sabah” və “Neftçi”ni 26 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu gün “Kəpəz”lə matçda uduzmayacağı təqdirdə, 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək(azərtac).

Chosen
48
50
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17569
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17308
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16301
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14746
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13749
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10800
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10328
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9344
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9114
"Zaur, yenə çaşdın..." - VİDEO
8294
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8293
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7135
Minimum əmək haqqı nə qədər arta bilər?
6493
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6112
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5837
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4927
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4797
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4684
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3968