EN

Azərbaycanda həyat sığorta növləri üzrə ödənişlər 60% artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 87 milyon 75 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 103 milyon 972 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 25% və ya 17 milyon 440 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 2.1% və ya 2 milyon 179 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 60% artaraq 60 milyon 46 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 31.2% artaraq 19 milyon 776 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 68.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin yanvar-fevral aylarında 53.9 manata bərabər olub. Bu ilin ilk 2 ayında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 19 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 14.8 manata bərabər idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
1
apa.az

2Sources