EN

Satışa çıxarılan "Prius"ların sayı 3 dəfə artdı - Nə baş verir?

"Satışa çıxarılan "Prius"ların sayı bir gecədə 3 dəfə artıb. Paytaxt ərazisində fəaliyyət göstərən taksilərin əksəriyyətinin "Prius" olması bəlli məsələdir. Yeni qərarla istehsal ili 2006-2007-ci illər olan həmin avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Ona görə də, əlində belə maşını olanlar tezbazar satmağa çalışır".

Milli.Az xəbər verir ki, bunu "operativ media"ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnur Sərdarlı deyib.

Ekspertin sözlərinə görə, bu qərar gözlənilən idi. Lakin taksi parkı olan şəxslər düşünürdü ki, hansısa formada fəaliyyət göstərəcəklər. İndi isə vəziyyət dəyişib.

"Taksi fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi ölkənin taksi parkında olan vəziyyəti dəyişib. Paytaxt Bakıda olan taksi minik vasitələrinin əksəriyyəti yeni tələblərə uyğun deyil. Nazirlər Kabinetinin taksilərin rəngi ilə bağlı yeni tələbi və il məhdudiyyəti ilə bağlı qərarın iyul ayında başlaması bir çox taksi sürücüsün çıxılmaz vəziyyətdə qoyub. Xüsusilə biznesmenlər bir neçə ucuz avtomobil alaraq gündəlik icarəyə verirdilər. Sürücülər 18 saat işləsə belə də, qazanc əsas sahibkarın idi. Ən çox istifadə olunan isə "Toyota Prius"lar idi. Qiyməti ucuz və ekonom olan bu maşınlar Bakıda heç də yaxşı tanınmırdı. Çünki qəzaların çoxu bu maşınların iştirakı ilə olurdu. İndi isə böyük əksəriyyəti satışa çıxarılıb".

Ekspert deyir ki, qarşıdakı günlərdə satışa çıxarılan köhnə avtomobillərin sayı yenə artacaq. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.

"Qərar elan olunan anda elan saytlarında 2006 və 2007-ci il istehsalı olan 343 maşın var idi. İndi isə 1084 ədəd "Prius" satışa çıxarılıb. Bu həftə ərzində bu say artacaq. Həftəsonu avtomobil bazarlarında da taksidə ən çox istifadə olunan köhnə maşınların satışa çıxarılması gözlənir. Qiymətlər indidən ucuzlaşıb. Bu maşınlar 12 500-14 500 manata satışa çıxarılırdı. İndi 10 min manata satılır. Hətta toplu halda satanlar da var. Əksər taksipark sahibi hamısını birdən satışa çıxarır. Düşünürəm ki, bu digər avtomobillərin də qiymətinə təsir edəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
72
50
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3821
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3577
Bu yol qovşağında təmir işləri aparılacaq
3075
Bakıda hoteldə yanğın başlayıb
2693
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1782
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1647
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1542
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1441
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1316
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1241
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1234
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1139
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1094
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
942
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
941
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
907
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
855
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
829
Sabah 5 kəndin qazı kəsiləcək
776