EN

Lavrovdan ikibaşlı açıqlama: “Putin təəccübləndi ki, Qarabağ...”

Ermənistan mütəmadi olaraq Rusiyanın zərərinə ABŞ və Avropa İttifaqına üz tutur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Nikol Paşinyan Baş nazir olandan sonra Vladimir Putin onunla bir neçə dəfə görüşdü, hər mənada vurğuladı ki, hansısa keçmişi rəhbər tutmayacağıq, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri məhz necə quracağına baxacağıq. Nikol Paşinyan cavabında bildirdi ki, həm KTMT, həm də Avrasiya İqtisadi Birliyi Ermənistan, iqtisadiyyatının inkişafı, Cənubi Qafqazda təcrid olunmanın qarşısını almaq üçün fundamental strukturlardır.

Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər bütün illər ərzində münasibətlər məhz bu istiqamətdə inkişaf edib. Sonra Paşinyan həm Rusiyanın müttəfiqi, həm də KTMT üzvü kimi Putinə üz tutdu, sizə də məlumdur ki, prezidentimiz bu müharibəni dayandırmaq üçün Ermənistan və Azərbaycan liderləri ilə sözün əsl mənasında gecələr yatmadan, yorulmadan danışıqlar apardı.

Sonra sərhədlərin delimitasiyası, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin imzalanması ilə bağlı üçtərəfli sazişlər imzalandı, bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı.

Buna paralel olaraq Avropa İttifaqı ermənilər və azərbaycanlıları öz tərəfinə çəkirdi, Paşinyan Avropa Birliyi və ABŞ platformasında işləmək ideyasının əsas dəstəkçisi idi. Mütəmadi olaraq Rusiya ərazisində nəzərdə tutulan görüşlərin zərərinə ora gedirdilər”, - nazir bildirib.

Lavrov xatırladıb ki, Paşinyan 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin sammitində Avropa Şurası prezidenti Şarl Mişelin iştirakilə Azərbaycan prezidenti İlham Əliyevlə sənəd imzalayıb.

Rusiyanın baş diplomatı Mişel və Paşinyanın görüşdən sonra Qarabağın Azərbaycan ərazi olduğuna dair bəyanatını da xatırladıb:

“Putin növbəti görüşdə Paşinyana dedi ki, sizin belə qərar verməyiniz bizi təəccübləndirdi. Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Qarabağın statusu məsələsi də hansısa yolla həll olunmalıdır, biz bunu edirdik. Amma o, bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna dair sənədi imzalayanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Vladimir Putindən soruşdu ki, Vladimir Vladimiroviç, siz niyə qarabağlıları taleyin ümidinə buraxıb onları tərk etdiniz? Bağışlayın, Tanrı xatirinə, siz qərar verdiniz ki, onlar Azərbaycan vətəndaşı deyillər və ya Azərbaycan vətəndaşlığına iddialıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
246
50
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3691
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3525
Bu yol qovşağında təmir işləri aparılacaq
3009
Bakıda hoteldə yanğın başlayıb
2576
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1684
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1578
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1483
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1399
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1233
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1232
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1204
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1086
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1027
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
924
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
908
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
850
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
827
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
808
Sabah 5 kəndin qazı kəsiləcək
759