EN

Taksilərə qoyulan tələblərlə bağlı AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”inə aydınlıq gətirib.

 

Nazirlikdən Sfera.az-a verilən açıqlamada deyilir ki, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

 

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

 

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

 

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

 

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

 

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də var idi.

 

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

 

Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir.

 

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

 

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Chosen
29
37
Sources
Comment ()
Close

Rating

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16936
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14605
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10358
Səidə Sultan klipi üçün lüt soyundu
9414
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9305
Faiq Sadıqov
8890
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5953
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5932
Gənc aparıcı vəfat etdi - FOTO
5695
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5438
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5396
10 yaşlı uşağın faciəvi ölümü
5305
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4911
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4221
Ruslan Müşfiqabadlının anası vəfat edib
3706
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3346
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3213
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3045