EN

10 yaşlı uşağın faciəvi ölümü

Ordunun Gölköy rayonunda dünən evlərinin yaxınlığındakı fındıq bağında dostları ilə oynayan Kadir Efe Kayhanın (10) üzərinə telefon dirəyi aşıb.

News24.az xəbər verir ki, ailəsinin xəbəri üzərinə hadisə yerinə polis və tibb işçiləri sövq edilib.

Ağır yaralanan Kadir Efe Kayhan ilk müdaxilənin ardından təcili yardımla Gölköy Dövlət Xəstəxanasına, daha sonra Ordu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada müalicə alan uşağı bu gün səhər edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7257
5
news24.az

6Sources