EN

“Yuventus” braziliyalı üçün hərəkətə keçdi

“Porto”nun müdafiəçisi Vendell “Yuventus”a keçə bilər.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “qoca sinyora” Portuqaliyanın nəhənginin futbolçusu üçün hərəkətə keçib.

O, şənbə günü Braziliya millisinin heyətində İngiltərə görüşdə debüt edib (1:0). “Yuventus”un skautu da onun oyununu canlı izləyib.

Braziliyalının “Porto” ilə müqaviləsi 2025-ci ildə başa çatır və onun maaşı 1 milyon avrodan bir qədər çoxdur. Vendell karyerası ərzində “Londrina”, “Parana”, “Qremio”, “Bayer”(Leverkuzen) klublarında çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81

1Sources

Comment ()
Close