EN

Ermənistanda rus hərbi bazaları ilə yanaşı, ABŞ qoşunları fəaliyyət göstərə bilər? - AÇIQLAMA

Ermənistanda rus hərbi bazaları ilə yanaşı, ABŞ qoşunları fəaliyyət göstərə bilər? - AÇIQLAMA

Məlum olduğu kimi, bu gün Paşinyan hakimiyyəti ABŞ və Qərbin xeyrinə seçimlər etməkdə davam edir. Qarşıda gələn ABŞ-Aİ-Ermənistan müştərək konfransı bunun sübutudur. Əlbəttə ki, Ermənistan siyasi dairələri Rusiyadan gələ biləcək addımlara qarşı təhlükəsizlik qarantı istəyir. Bu gün Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılı bir dövlətdir. Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl bildirdi ki, aqustun 1-dən "Zvartnots" hava limanından rus sərhədçiləri çıxarılmalıdır. Burada bir sual yaranır. Rusiya hərbi bazalarının ErMənistanda yerləşdiyi vaxtda, ABŞ qoşunları ölkə ərazisində yerləşdirilə bilər?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistanda bu gün Avropa İttifaqı və ABŞ-nin əsas hədəflərindən biri qərbin hərbi mövcudluğunun təməlini qoymaq üçün hərbi bazalarını yaratmaqdır:

"Amma faktiki olaraq bu gün düşünmürəm ki, belə bir təhlükəli ssenari ilə üz-üzə qalsın. Çünki Ermənistan hər nə qədər qərbpərəst kimi görünsə də, Ermənistanda sorosçu hakimiyyəti çox qorxaqdır. Hakimiyyət usiyanın ABŞ hərbi bazalarına qarşı hansı reaksiya verəcəyini yaxşı bilirlər. Heç ABŞ ona hansısa bir zərurət görmür ki, Rusiyanın hərbi bazası olan bir ölkədə öz qoşunlarını təmin etmiş olsun. Həm buna ehtiyac yoxdur. Bu gün Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində olan qrup İran- Rusiya əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onsuzda Ermənistan əraziləri anti-Rusiya kəşfiyyat poliqonuna çevrilib. Belə olan təqdirdə ABŞ-nin yaxud Avropanın hansısa strukturlarının Ermənistan ərazisində hərbi formada mövcudluğuna bir ehtiyac qalmır. Digər tərəfdən Ermənistan-Rusiya münasibətlərinin gərgin bir fazada olduğunu görürük. Münasibətlərin bu şəkildə davam etməsi Ermənistanı çox ciddi siyasi xaotik kataklizmlərin gözlədiyini deməyə əsas verir. Belə qarmaqarışıqlar fonunda mən hesab etmirəm ki, ABŞ Ermənistanda hansısa qoşun birliyi saxlasın".

Xatırladaq ki, Ermənistan "Zvartnots" və "Baqrataşen" sərhəd-buraxılış məntəqələrində işləmək üçün zabit qəbulu elan edib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları məlumat yayıb. Eyni zamanda aprelin 5-də ABŞ-Aİ-Ermənistan arasında müştərək konfransı olacaq. Bəzi mənbələrə görə, burada tərəflər arasında təhlükəsizliyin təmin edilməsinə dair sənədin imzalanacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
206
50
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44415
Abdullahianın cəsədi tapıldı - FOTO
32958
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27414
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20173
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17855
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11785
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8173
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8163
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6952
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5378
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5021
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965