EN

“Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı 150 milyon dollar lazımdır”

Krasnoqorsk şəhərində yanmış “Crocus City Hall”a bənzər konsert zalını $150 milyondan aşağı qiymətə tikmək mümkün deyil.

FED.az xəbər verir ki, “Crocus Qrup”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov belə hesab edir.

“Xatırladığım qədər, 15 il əvvəl “Crocus City Hall”un tikintisi atam Araz Ağalarova təxminən $70 milyona başa gəlib. Bu gün hesab edirəm ki, $150 milyondan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”, - deyə o, “Rossiya 24” kanalının efirində bildirib.

E.Ağalarov qeyd edib ki, bina sığortalanıb, lakin sığorta məbləği dəymiş ziyanın 1/30 ya da 1/40 hissəsidir.

O, həmçinin “Crocus City Hall”un “Qazprombank”da girov qoyulduğunu da təsdiqləyib.

E.Ağalarov “Crocus City Hall”un sahiblərinin binanın gələcək taleyi ilə bağlı qərar verib-verməməsi məsələsinə də aydınlıq gətirib.

“Xeyr, qərar verilməyib. Düşünürəm ki, qərar vermək hüququ olan tək biz deyilik. (...) Biz zalın bərpası və ya onun başqa yerdə olması ilə bağlı qubernatorun, hakimiyyətin, ola bilsin ki, cənab Prezidentin rəyini və ölkəmizin xalqının ümumi rəyini əsas götürəcəyik. Hesab edirəm ki, bu suala təkbaşına cavab verə bilmərəm, bu, kifayət qədər tezdir”, - deyə şirkətin prezidenti vurğulayıb.

“Mən bərpa və quruculuğun tərəfdarıyam”, - deyə Ağalarov əlavə edib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” konsert zalında terror aktı törədilib: bir neçə silahlı şəxs ziyarətçilərə atəş açıb və yanğın törədib. Rusiya FHN-in martın 27-nə olan məlumatına görə, terror aktı nəticəsində 143 nəfər həlak olub. (İnterfaks-Azərbaycan)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
212
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10123
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1785
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
549
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446