Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neftemalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 2023-ci ilin analojidövründə istehsal olunan 639 min 532 tonla müqayisədə 581 min 804ton dizel yanacağı istehsal edib.
Trend bubarədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)məlumatlarına istinadən xəbər verir.
EPDK-nin məlumatlarına əsasən, bu, NEZ-də dizel yanacağıistehsalının illik hesablamada 9 faizdən çox azalması deməkdir.
STAR NEZ-in gücünün 2024-cü ildə 13 milyon tona çatacağıgözlənilir. Neft-kimya məhsullarının istehsalında Qara dənizbölgəsi və Afrika ölkələrinin, o cümlədən bir sıra digər ölkələrinxam neftindən istifadə olunur.
STAR NEZ 2018-ci ilin oktyabr ayında istismara verilib.
STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavodgündəlik 214 min barel xam neft emal etmək gücündədir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)