Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını keçən qızlardan ibarət U-16 və U-18 yığma komandamız son yoxlama görüşlərində bir neçə qələbə qazanıblar.
Futbolpess.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi milli, keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar.
Yüksək Liqa təmsilçisi "Galatasaray" ın U-16 komandası üzərində önəmli qələbə qazanan qızlar, bu hazırlıq prosesində yeganə məğlubiyyətini digər Yüksək Liqa təmsilçisi "Emlak Konut"lu həmyaşıdlarından alıblar.