EN

“Neftçi”nin legioneri: “Üç aydan sonra qayıdım, oynamağa hazıram”

“Özümü yaxşı hiss edirəm və oynamağa hazıram”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Ataa Caber klubun rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, reabilitasiya prosesi çox çətin keçdi: “Zədəmi sağaltdım, komandaya qayıtdım və ilk oyunda yenidən sıradan çıxdım. Bu prosesləri yenidən keçməli oldum. Üç aydan sonra qayıtdım və oynamağa hazıram. İndi bütün fikirlərim “Qəbələ” ilə matçdadır. Qələbə qazanacağımıza inanıram, hədəfimiz budur”.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
Sources
Comment ()
Close