EN

Sumqayıtda küçə boyunca çirkab su axır – Kanalizasiya problemiVİDEO

Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.

Xezerxeber.az xəbər verir ki,  görüntülər Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsindəndir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.

Sakinlərin sözlərinə görə, ərazi "Azərsu ASC"nin Bağlar su-kanal idarəsinin balansındadır.

Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciet etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin Bağlar su-kanal idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək. Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək. Bununla da problem həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
117
26
xezerxeber.az

10Sources