AZ

Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO

Binəqədi rayonu, Abay Kunanbayev 76 ünvanında yerləşən binanın zirzəmisi çirkab su ilə dolub, üfunət ətrafı bürüyüb. Zirzəmiyə dolan su binada təhlükəli vəziyyət də yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, illərdir, çirkab suları binanın zirzəmisinə axıdılır.

Onların sözlərinə görə, indiyə qədər bəzi borular bir neçə dəfə müvəqqəti olaraq əvəzlənib, amma problemin birdəfəlik həlli üçün bütün boruların dəyişdirilməsinə ehtiyac var.

Məsələ ilə bağlı Binəqədi rayon Sukanal İdarəsinin baş mühəndisi Nemət İbrahimov bildirib ki, problemdən xəbərdardırlar.

Onun sözlərinə görə, sözügedən boru xətti yaxın keçmişdə təmir olunub. Hazırda boru tutulub və problemin aradan qaldırılması üçün iş aparılır.

Ətraflı süjetdə:

Seçilən
175
26
Mənbələr
Şərh ()
Bağla