EN

KTMT Ermənistan rəhbərliyini “ağıllı” olmağa dəvət etdi

KTMT Ermənistan rəhbərliyinin bəyanatları və münasibətindən yaranan narahatlıqlara baxmayaraq, hələ də İrəvanın siyasi ayıqlıq nümayiş etdirəcəyini gözləyir.

Editor.az bildirir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov bildirib. Onun sözlərinə görə, KTMT analitikləri Ermənistan Respublikası ilə təşkilat arasında qarşılıqlı fəaliyyətdə baş verənləri izləyirlər.

“Gizlətməyəcəyəm ki, Ermənistan elitasında müəyyən hadisələr və hisslər narahatlıq doğurur, lakin biz Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. ”, – Tasmaqambetov deyib. KTMT rəhbəri Ermənistanın hələ də KTMT-nin üzvü olduğuna və onun bütün öhdəliklərinin tətbiq olunmağa davam etdiyinə xüsusi diqqət çəkib.

Tasmaqambetov Ermənistanın KTMT-də iştirakının dayandırılması və ya hətta mümkün çıxması ilə bağlı son bəyanatları da ətraflı şərh edib. O, etiraf edib ki, İrəvan faktiki olaraq KTMT Katibliyinin fəaliyyətində iştirakdan geri çəkilib. Baş katib əlavə edib ki, KTMT suveren dövlət kimi Ermənistanın bu qərarına hörmətlə yanaşır, lakin öz prosedurlarına uyğun olaraq fəaliyyətini davam etdirir, xüsusən də qərarları barədə İrəvanı məlumatlandırır.

“Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd etmək istərdim ki, Katibliyə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb”, – Tasmaqambetov qeyd edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
227
50
editor.az

10Sources