EN

Nazirin Abşerondakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin martın 15-də Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən 525.az-a bildirilib ki, qəbul martın 14-də keçiriləcək.

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının “edu.gov.az/az/contact_us” bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
123
4
525.az

10Sources